Ronaldo noyabrın ən yaxşısıdır

05.12.2020 07:16 524 baxış sayı 2 dəq. oxuma
Ronaldo noyabrın ən yaxşısıdır

İtaliya A Seriyasında noyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

“Yuventus”un hücumçusu Kristiano Ronaldo noyabr ayının ən yaxşısı seçilib.

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. 35 yaşlı forvard ötən ay ərzində ölkə çempionatında meydana çıxdığı 3 oyunda 5 qola imza ataraq mükafata sahib çıxıb. Portuqaliya yığmasının da üzvü olan ulduz futbolçu yalnız “Benevento” (1:1) ilə görüşdə iştirak etməyib.

 

 
R
İdman redaktoru

Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: