Üç azərbaycanlı idmançı cəzalandırıldı

11.01.2021 18:22 682 baxış sayı 2 dəq. oxuma
Üç azərbaycanlı idmançı cəzalandırıldı

Üç azərbaycanlı idmançı barədə sanksiya qərarı çıxarılıb.

AMADA-dan verilən məlumata görə, ağırlıqqaldıran Firuzə İbrahimova dopinqdən istifadə etdiyi üçün iki illik cəzalandırılıb. Onun cəzası 2019-cu ilin sentyabrın 23-dən hesablanır. Bu ilin sentyabrın 23-də onun cəza müddəti başa çatacaq.

Karateçi Xudayar Kərimov da iki illik cəza alıb. Onun cəzasının hesablanma vaxtı 2020-ci ilin noyabrın 26-dır.

Boksçu Gülhüseyn Ağazadə isə dörd illik sanksiyaya məruz qalıb. Ağazadənin cəzası ötən ilin yanvarın 14-dən hesablanır və 2024-cü ildə başa çatacaq.

L
İdman biznes analitiki

İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: