🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Belarus Mədəniyyət Naziri Ermənistan'a Təşəkkür Etdi Ermənistan Belarus vətəndaşına sığınacaq verdi

28.10.2024 18:13 25 baxış sayı 1 dəq. oxuma
Belarus Mədəniyyət Naziri Ermənistan'a Təşəkkür Etdi

Ermənistanda siyasi səbəblərə görə axtarışda olan Belarus vətəndaşı Vladimir Balandinə qaçqın statusu verilib və onun Lukaşenko rejiminə təhvil verilməyəcəyi bildirilib. Bu barədə Belarusun keçmiş mədəniyyət naziri Pavel Latuşko sosial şəbəkələrdə məlumat paylaşıb.

Latuşko Ermənistan hökumətinə, Baş nazir Nikol Paşinyana və Xarici İşlər naziri Ararat Mirzoyana təşəkkür edərək, bu qərarın insan haqları mövzusunda Ermənistanın sadiqliyini bir daha təsdiq etdiyini vurğulayıb: “Bu ən mühüm qərara görə Ermənistan hökumətinə təşəkkür edirəm. Ermənistan bir daha sübut etdi ki, insan haqları İrəvan üçün son dərəcə vacib dəyərdir.”

Bu qərar, Ermənistanda siyasi sığınacaq hüquqlarının qorunduğunu göstərən önəmli addımlardan biri kimi qiymətləndirilir.

Paylaş: