İçərişəhər'ə Giriş Məhdudlaşdırılır! Yalnız Sakinlər Və Abonələr Qoşa Qala Qapısından İçərişəhər'ə Daxil Ola Biləcəklər
Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi - İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilən layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur. İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişə Neftçilər prospektindən icazə veriləcək.
Etiketlər
Oxşar xəbərlər
Mustafa Sandal Bakıda: İçərişəhər və Qoşa Qala
Son Xeberler
İçərişəhərə Yeni Nəfəs: Avtomobil Hərəkəti Məhdudl...
Son Xeberler
Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılır
Son Xeberler
İçərişəhərə avtomobillə giriş məhdudlaşdırılır, bə...
Xəbər Anı
Bu kəndlərə də giriş-çıxış dayandırıldı
Son Xeberler
Bu gündən İçərişəhərə giriş qadağandır!
Xəbər Anı