Sağlamlıq
İnsult – beyin qan dövranının kəskin pozulması nəticəsində baş beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunur. İşemik və ya hemorragik xarakter daşıya bilər. İnsult əksər hallarda bədənin sağ və ya sol yarısında ətraflarda qəfil zəiflik, üzün asimmetriyası, huşun, nitq və görmənin pozulması, başgicəllənmə ilə təzahür edir. Diaqnoz klinik, laborator, tomoqrafik və damar müayinələrinin nəticələri əsasında qoyulur. Müalicə orqanizmin həyat fəaliyyətinin təminindən, ürək, tənəffüs və metabolik pozğunluqların korreksiyasından, serebral ödemlə mübarizədən, spesifik patogenetik, neyroprotektor və simptomatik terapiyadan, ağırlaşmaların qarşısının alınmasından ibarətdir.
İnsultun növləri
İşemik insult: Bu qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn insult növüdür. Bu sindrom 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunur. Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir. Onu demək olar ki, insultların 85%-i işemik insultlardır.
Qanaxma tipli insult: Bu növ beyindəki qan damarından beyinə qan sızdıqda meydana gəlir . Xəstəliyin rast gəlinmə faizi işemik insultdan daha azdır. Ancaq buna baxmayaraq insult nəticəsində ölümlərin 30%-i bu növdən qaynaqlanır.
İnsultun əlamətləri
Bir qolda və ya ayaqda, xüsusən də bədənin yalnız bir tərəfində ani uyuşma və zəiflik.
Ani qarışıqlıq, danışmaq və anlamaqda çətinlik çəkmək.
Bir və ya hər iki gözdə ani görmə itkisi
Ani və səbəbi bilinməyən kəskin baş ağrısı
Ani gəzinti çətinliyi, başgicəllənmə, tarazlıq və koordinasiya itkisi
İnsultun risk faktorları
Tibbi risk faktorları
Yüksək qan təzyiqi, Diabet (Diabet), yüksək xolesterol səviyyəsi, Atrial Fibrilasyon olaraq bilinən ürək ritm pozğunluğu olan şəxslər risk qrupuna aiddir.
Siqaret çəkmə, oturaq həyat tərzi, kilosu çox olan, səhv yemək vərdişləri olan şəxslər;
Dəyişdirilməyən risk faktorları:
Yaş ; İnsult xəstələrinin 75% -i 60 yaşında olan şəxslərdi. 60 yaşdan sonra hər 10 ildən bir bu risk iki dəfə artır.
Cins; Bu xəstəliyə 55 yaşdan yuxarı kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Yaş artdıqca, qadınlarda insult nisbəti artır. Əvvəlki işemik insultdan və keçici bir insultdan sonra yeni bir insult riski olduqca yüksəkdir.
Yüksək qan təzyiqi, yüksək xolesterol və siqaret insult üçün ən vacib risk faktorlarıdır. Dünya əhalisinin təxminən yarısı bu üç risk faktorundan ən az birini daşıyır.
İnsultun təcili müalicəsi
İnsult müalicəsi ən qısa müddətdə edilməli olan xəstəliklərdəndir. Çünki, beyin damarı tıxandıqda beyin toxumasına ziyan başlayır. Bu zərər müalicə etməyi gözlədiyiniz müddətdə genişlənir. Tıxanmış damar böyük olduqda və müalicə müddəti uzandıqda beyin zədələnməsi daha da artır. Tıxanan damarın qısa müddətdə açılması bütün bunların qarşısını alır və beyin toxumasındakı ziyanın genişlənməsinin qarşısını alır. İnsult nəticəsində beyin toxumasına dəyən ziyanı nə qədər çox məhdudlaşdıra bilsək, o qədər tez və daha sürətli bərpa edə bilərik. Bu səbəbdən, insultdan danışarkən, sürətli müalicə erkən və sürətli bərpa deməkdir.
İntravenöz laxtanı həll edən dərman müalicəsi (Trombolis)
Laxtalanma əridən dərmanların venadaxili tətbiq edilməsidir, ən azı insult simptomları başlayandan sonra ilk 4,5 saat ərzində edilə bilər. Bu prosedur yaxşı olar ki, ən qısa müddətdə edilsin. Bu müalicə laxtanı həll edir, qan axınının sürətlə və effektiv şəkildə yaxşılaşdırılmasına kömək edir. Beləliklə də insultun yaxşılaşdırılmasına kömək edir.
Xəstənin vəziyyəti bu müalicənin tətbiqi üçün uyğun deyilsə və ya insultun baş verməsindən bu yana uzun müddət keçibsə, bu zaman venadaxili laxtalanma müalicəsi tətbiq oluna bilməz. Doktorunuz müalicədə digər dərmanlara və üsullara müraciət edəcəkdir.
Anjiyografik laxtanın çıxarılması müalicəsi (Trombektomiya)
Beyni qidalandıran əsas damarlar laxtalanma ilə tıxanırsa, venadaxili tromboliz müalicəsi bu böyük damarlardakı laxtanın kütləsini həll etmək üçün kifayət deyil. Bu vəziyyətdə müalicənin əsas məqsədi angioqrafiya üsulu ilə tıxanan beyin damarını tapmaq və laxtanı xüsusi cihazlarla çıxarmaqdır. İlk 6 saatda tətbiq olunan ‘anjiyografik laxtanın çıxarılması müalicəsi’ o qədər faydalıdır ki, müalicə olunan 3 xəstədən 1-i tamamilə köhnə həyatlarına qayıdır. Bu iki müalicədən biri digərinə alternativ olaraq istifadə edilmir.
Təkrarlana biləcək yeni bir insultun qarşısının alınması
Həkim nevroloqunuz tərəfindən təyin olunan təcili insult müalicəsindən sonra, xəstəliyin yaranma səbəbi ilə əlaqədar bütün lazımi araşdırmaları apararaq və səbəbə uyğun müalicəni tətbiq edərək bu halın yenidən təkrarlanmasının qarşısını almaq çox vacibdir.
Laxtanın mənbəyi üçün dərman müalicələri
Nevroloq Jalə Qarayeva bildirir ki, antitrombotik dərmanlar beyin damarlarında insulta səbəb ola biləcək laxtalanma meydana gəlməsini maneə törədən və əmələ gələn qan laxtalarının böyüməsinin qarşısını alan dərmanlardır. Bu dərman qrupunda iki fərqli alt qrup var.
Antitrombosit dərmanlar: Bunlar , qeyri-bərabər səthlərdə laxtalanma meydana gəlməsini maneə törədən, damarlarda lövhə adlandırılan və darlığa səbəb olan dərmanlardır.
Antikoagulyant dərmanlar: Bunlar qan damarlarında laxtalanma, əmələ gələn laxtanın böyüməsini və qan dövranına girməsini (emboliyası) qarşısını alan dərmanlardır. Xüsusilə atrial fibrilasyon adlanan ürək ritm pozuqluğunda, ürəyin daralma qanunun pozulduğuna görə ürək otaqlarında qan yığılması səbəbiylə meydana çıxan laxtalanmanın qarşısını almaq üçün istifadə olunur .
İnsult müalicəsində ən vacib amil müalicəyə sürətli başlamaqdır.
İnsultun düzgün təşkilatla önlənə bilən və müalicə edilə bilən bir vəziyyət olduğunu ifadə edən həkim nevroloq Jalə Qarayeva bu mövzuda əsas məqamlara diqqət çəkdi:
Serebrovasküler xəstəliklər dünyada funksiyasını ən çox itirən, həyat keyfiyyətinə ən çox təsir edən və ölümün ikinci səbəbi olan xəstəliklər qrupudur. Bir qohumunuz və ya dostunuz birdən nitqinizi itirirsə, bir tərəfdən bir qolda və ya ayaqda zəiflik və ya uyuşma hiss edirsinizsə və ya üzünüzdə, xüsusən ağzınızın küncündə asimmetriya varsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Bəzən insanlar sinrlə əlaqəlidir “keçib gedəcək” deyərək gözləmə vəziyyətini alırlar. Ancaq onlar vəziyyətin nə dərəcədə ciddi olduğunun fərqinə varmırlar. Məhz buna görə də bəzən müalicənin müddətini artırır, ən pis halda isə can itkisi ilə rastlaşırlar. İnsult, sürətli müalicə tələb edən ani bir serebrovaskulyar xəstəlikdir. İnsultun müalicəsində ən vacib amil müalicəyə tez çatmaqdır. Yəni itirilən hər dəqiqə beyindəki milyonlarla hüceyrənin ölümü deməkdir.
Dünyada ildə 17 milyon insan insult keçirir və 6 milyon insan insult səbəbindən ölür. Təəssüf ki, ölkəmizdə də vəziyyət fərqli deyil.
Bu ümumi xəstəlik qrupundakı məlumatlılığı artırmaq və profilaktik və terapevtik şəraitin yaxşılaşdırılmasına diqqət çəkmək üçün 10 May Ümumdünya İnsult Təşkilatı (ÜSO) tərəfindən “İnsül Şüurlandırma Günü”, 29 Oktyabr isə “Ümumdünya İnsül Günü” elan edildi.
Oxşar xəbərlər
Qumar virus kimi yayılır
Tibbi məlumatlar
Prezident mühüm qanunu
Son Xeberler
Region Xəbərləri
Region
Püstə: Sağlamlıq üçün əvəzsiz bir hədiyyə
Bugun.az
Baş nazir qərar imzaladı: Müavinətin həcmi artırıl...
Son Xeberler
Honor Watch 5: 15 Gün Batareya Ömrü ilə Dünyada!
Texnologiya xəbərləri