Qaradağda torpaq uçqunu: bir nəfər həlak olub, bir nəfər xilas edilib
Paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində torpaq uçqunu baş verib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə xilas edilib.
Pentaqon yaxınlığında iki avtobus toqquşub - azı 23 nəfər xəsarət alıb
ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Pentaqon binasının yaxınlığında iki avtobusun iştirakı ilə ciddi qəza baş verib. Fox News-un məlumatına görə, hadisə nəqliyyat qovşağında meydana gəlib və nəticədə azı 23 nəfər xəsarət alıb. Xəsarət alanlardan azı 10 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürüb
ABŞ-dən olan 75 yaşlı biznesmen və həvəskar ovçu Erni Dozio Afrikada ov zamanı faciəvi şəkildə həlak olub. Məlumata görə, o ovçu həmkarı ilə sıx tropik meşədə olan zaman qəflətən beş dişi fil və onların balalarından ibarət sürü ilə qarşılaşıb. Heyvanlar milyarderi tapdalayaraq öldürüb.
100 milyon yaşlı ilan fosili təkamül tarixini dəyişir
Argentinadakı fosil qalıqları ilanların sürünənlərdən necə təkamül etdiyi haqqında yeni məlumatlar ortaya qoyub. Təxminən 100 milyon il əvvəl yaşamış Najash rionegrina adlı bu qədim ilanda arxa ayaqların qalması və sümük quruluşundakı mühüm xüsusiyyətlər alimlər üçün böyük əhəmiyyət daşıyır. Bu kəşf ilanların təkamül tarixinə dair mövcud nəzəriyyələri yenidən nəzərdən keçirməyə əsas verir.
Kerkükdə dördüncü kitab sərgisi açılıb
İraqın Kerkük şəhərində Dünya Kitab Oxu və Müəllif Hüquqları Günü çərçivəsində dördüncü kitab sərgisi təşkil olunub. Şəhər mərkəzindəki ticarət mərkəzində açılan pavilyonlarda türk dilinin yanında beş fərqli dildə kitablar nümayiş etdirilir. Sərgi kitab sevərlərin və müəlliflərin bir araya gəlməsi üçün mühüm platforma rolunu oynayır.