
Azərbaycanda sabahdan hava KƏSKİN SOYUYACAQ

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometrologiya Xidməti məlumat yayıb.
Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündü 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Etiketlər
Oxşar xəbərlər

Sabahdan bu müəssisələrdə vaksinasiya aparılacaq -...
Son Xeberler

Sabahdan daha bir qadağa ləğv olunur
Son Xeberler

Sabahdan hava soyuyur -
Son Xeberler

Sabahdan kimlərin maaşı artacaq?
Bugun.az

Sabahdan bu qadağalar götürülür -
Son Xeberler

İstanbulda Şiddətli Fırtına: 38 THY Reysi Ləğv Edi...
Son Xeberler