
Bu günlərdə iş və dərs olmayacaq - Tarixlər

Noyabr ayında Azərbaycanda ardıcıl altı qeyri-iş günü olacaq.
Melumat.tv xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, 12 və 13 noyabr iş günləri 16 və 23 noyabr istirahət günləri ilə dəyişdirilib. Noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günüdür, hər ikisi rəsmi bayram olaraq qeyri-iş günləridir. Bu il 9 noyabr şənbə gününə düşdüyündən, qanunvericiliyə əsasən 11 noyabr bazar ertəsi qeyri-iş günü kimi müəyyən edilib.
Beləliklə, 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr ardıcıl qeyri-iş günləri olacaq.
Bundan əlavə, noyabrın 2-3, 16-17, 23-24 və 30-u da şənbə-bazar günlərinə təsadüf edir.
Nazirlər Kabinetinin qərarı ilə orta məktəblərdə də payız tətilinin vaxtı dəyişdirilib. 2024-cü il üzrə tətil 8 noyabrda başlayıb 25 noyabradək, yəni 17 gün davam edəcək.
Oxşar xəbərlər

Noyabrda 18 gün dərs olmayacaq
Xəbər Anı

Tətildən sonra ilk dərs günü nə vaxtdır?
Bugun.az

"Dərs vaxtı"nın sabah üçün cədvəli
SON Xəbər

“Dərs vaxtı”nın sabaha olan yayım vaxtı dəyişdi
Son Xeberler

"Dərs vaxtı"nın 15 sentyabr cədvəli
Son Xeberler

Erməni təxribatları artır: Bu dəfə güzəşt olmayaca...
Son Xeberler