Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. Bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb. Doğma yurdlarına qayıdan ailələr indiyədək respublikanın müxtəlif bölgələrində - yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan şəxslərdir.
Xaçmaz-Xudat-Yalama yolunda bərpa işlərinə başlanılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Xaçmaz-Xudat-Yalama avtomobil yolunun 60-cı kilometrliyində bərpa işlərinə start verib. Selin nəticəsində zədələnmiş yol hissəsinin əvvəlcədən təyin edilmiş istiqamətdə yenidən qurulması üçün bölgəyə texnika və mütəxəssislər cəlb olunub.
BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi 25-26 may tarixlərində Bakı, Abşeron yarımadasında və ölkənin bəzi bölgələrində gözlənən əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara müraciət edib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həmin günlərdə güclü yağış və küləkli hava gözlənilir. Sürücülərə yol hərəkəti qaydalarına riayət etmək və ehtiyatlı olmaq tövsiyə edilib.
Füzulidə 77 yaşlı kişi ildırım vurması nəticəsində həyatını itirib
Füzuli rayonunun Zobuçuq qəsəbəsində bədbəxt hadisə baş verib. 77 yaşlı Əlyar Güləhməd oğlu Hacıyev qoyun otararkən ildırım vurulub və hadisə yerində həyatını itirib. Mərhum əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Lənkəranda ağır yol qəzası - sürücü həlak olub
Lənkəran şəhərində axşam saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Molla Pənah Vaqif və Mirzə Məhəmməd Axund küçələrinin kəsişməsində baş verib. 1969-cu il təvəllüdlü Lənkəran sakini Vüqar Bağırov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə obyektə çırpılaraq həyatını itirib.