
Bugünün hava proqnozu

Aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq.
Bugun.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti, Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində - 761 mm civə sütunundan 767 mm civə sütununa çatacaq.
Nisbi rütubət 70-80 %olacaq.
Tibbi-meteoroloji proqnoz:
Aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gündüzayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Hava Proqnozu: Şənbə Gününün Hava Durumu Açıqlandı
Bugun.az

25 Noyabr Çərşənbə Axşamı İstanbulda Hava Necə Ola...
Son Xeberler

Google Hava Proqnozlarını Təkmilləşdirir: Yeni Sün...
Texnologiya xəbərləri

Sabahın Hava Proqnozu
Bugun.az

Oktyabrın 16-sı üçün hava proqnozu: yağış, qar və...
Bugun.az

2 Dekabr Çərşənbə Axşamı İstanbul Hava Proqnozu: Q...
Son Xeberler



