Ozon qatında çirklənmə dünya əhalisinin üçdə birindən çoxunu əhatə edir
Avropanın "Copernicus" Atmosferin Monitorinqi Xidmətinin (CAMS) çərşənbə günü dərc etdiyi hesabata görə, bu il istilik dalğaları, meşə yanğınları və insan fəaliyyəti nəticəsində yaranan emissiyalar dünya əhalisinin üçdə birindən çoxunu, yəni 34 faizini əhatə edib.
Dünya əhalisinin 40 faizi təhlükəli ozon çirklənməsinə məruz qalıb
Bu il iqlim dəyişikliyi səbəbindən yaşanan həddindən artıq istilər və hava çirklənməsi nəticəsində dünya əhalisinin təxminən 40 faizi təhlükəli ozon çirklənməsinə məruz qalıb. Bu barədə Avropa Birliyinin Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) tərkib hissəsi olan qurumun məlumatlarında bildirilib.
Kürdəmirdə şadlıq evində zəhərlənənlərin sayı 50 nəfərə çatıb
Kürdəmirdə qidadan zəhərlənmə hadisəsi qeydə alınıb və zərərçəkənlərin sayı artmaqda davam edir. Son məlumatlara görə, şadlıq evində baş verən zəhərlənmədən sonra xəstəxanaya müraciət edənlərin sayı 50 nəfərə çatıb. Hadisə rayon ərazisində yerləşən şadlıq sarayında baş verib.
Kürdəmirdə toyda kütləvi zəhərlənmə qeydə alınıb
Kürdəmir şəhərində toy mərasimi zamanı kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə şəhər ərazisindəki "Günəş" şadlıq sarayında baş verib. Məlumata görə, mərasim iştirakçılarından ilkin olaraq 13 nəfər qidadan zəhərlənib və zərərçəkənlər dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanaya müraciət edən şəxslərin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
8 ayda icbari tibbi sığorta ilə 66 milyon tibbi xidmət göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi cari ilin yanvar-avqust aylarında icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində 66 milyon xidmət göstərib. Bu barədə nazirliyin məlumatında bildirilib.