SON Xəbər Kanal loqosu
SON Xəbər
4 abunə

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

01.05.2020 17:46 522 baxış sayı 54 dəq. oxuma
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

​Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 1-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 551 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 146 630 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 40 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 854 yoluxma aşkarlanıb. Onlardan 1 365-i sağalıb, 25-i ölüb. Hazırda aktiv xəstə sayı 464-dür.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: