
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu işdən çıxarıldı

İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu işdən çıxarılıb.
Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Məhəmməd Hacıyev Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib.
Prezident İlham Əliyev mayın 6-da V.Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Etiketlər
Oxşar xəbərlər

Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzif...
Son Xeberler

Füzulidə minaya düşən sabiq məmur ailəsi imiş...
Son Xeberler

Ramiz Mehdiyevin “əlindən su içən” icra başçıları...
Son Xeberler

Dünənki toya görə icra nümayəndəsi işdən çıxarıldı
Son Xeberler

Bayram Səfərovun oğlu işdən çıxarıldı
Son Xeberler

Biləsuvarın baş memarı işdən çıxarıldı
Son Xeberler