
128 gündür komada olan Tacəddin vəfat etdi -

Vətən Müharibəsində yaralanan və dörd aydan çox komada qalan İsmayılzadə Tacəddin Vüqar oğlu şəhidlik zirvəsinə ucalıb.
Qafqazinfo xəbər verir ki, şəhidimiz sabah saat 14:00-da Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. O, 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub.
Vətən Müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.
Allah rəhmət eləsin!
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Şahzadə 20 il komada qaldıqdan sonra vəfat etdi -F...
Bugun.az

45 gün komada qalan Vətən müharibəsi qazisi şəhid...
Son Xeberler

Koronavirusa yoluxan azərbaycanlı müğənni vəfat et...
Son Xeberler

Dörd gün komada qalan qadın sağlam körpə dünyaya...
Bugun.az

ÜZÜCÜ XƏBƏR: azərbaycanlı məşhur qəflətən vəfat et...
Son Xeberler

Daha bir həkim koronavirusdan vəfat etdi-
Son Xeberler