🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

19 yaşlı ananın körpəsi həkim səhlənkarlığından öldü - Cinayət işi başlandı

12.09.2020 10:12 508 baxış sayı 2 dəq. oxuma
19 yaşlı ananın körpəsi həkim səhlənkarlığından öldü -

Sentyabrın 11-də saat 09 radələrində Bərdə rayonu, Gərənə kənd sakini Gülnar Namazovanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla 2001-ci il təvəllüdlü Gülnar Namazovanın sentyabrın 8-də saat 13 radələrində doğuş sancıları ilə Bərdə doğum evinə qəbul edilməsi, həmin gün doğuş prosesi aparıldıqdan sonra sağlam uşağın doğulmasına baxmayaraq 11 sentyabr 2020-ci il tarixdə həkimlərin səhlənkarlığı nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş: