190 manat əvəzinə 250 manat ala bilərsiniz- MÜRACİƏT EDİN
190 manat birdəfəlik ödəmə 4 şəhər və 4 rayonda ödəniləcək. Əvvəlki ödəmənin coğrafiyasına görə, onu alanların 25 faizi Bakıda, 4 faizi Sumqayıtda, 3 faizi Gəncədə yaşayır. Lənkəran və digər 4 rayonla bağlı məlumat olmasa da, onları da əlavə etsək, ehtimal ki, bu dəfə 190 manat təxminən 300 minə qədər şəxsə ödəniləcək. Bu isə pandemiya dövründə iş yerlərini itirən, işsiz qalan milyonlarla insanı qane etmir. Hərçənd 190 manatla da dolanmaq imkansız kimi bir şeydir.
“190 manat birdəfəlik yardım, ünvanlı sosial yardım ala bilməyənlərə məsləhət bilərdim ki, ödənişli ictimai iş yerləri üçün müraciət etsinlər"
Bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. İqtisadçı qeyd edib ki, ödənişli ictimai iş yerlərinin sayı artırıldığına görə bunlardan yararlanmaq lazımdır.
Qubad İbadoğlu Qubad İbadoğlu
“Hazırda ödənişli ictimai iş yerlərinin sayı artırılır. Bu il üçün 38 mindən 90 minə çatdırılacaq. Artıq DOST İş Mərkəzi vasitəsilə əlavə 23 min şəxs bu işlərə cəlb edilib. Hazırda 61 min şəxs əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır. Bu iş üçün ayda 250 manat ödənilir. Məşğulluq xidməti orqanlarına gedin işsiz statusu alın, sonra DOST İş Mərkəzlərinə müaciət edin”,- deyə iqtisadçı məsləhət verib.
Qubad İbadoğlu bildirib ki, 300 min nəfərə bir dəfəlik yardımın ödənilməsi üçün büdcədən 50-60 milyon manat arasında vəsait xərclənəcək və başqa şəhərlər və rayonlarda 190 manat ödənilmədiyindən bir o qədər də xərc ixtisar olunacaq.
“Böhran dövründə büdcə qənaət rejiminə keçəndə ilk dəfə deyil ki, əhaliyə ödənişlərdən kəsirlər. Bundan əvvəl icbari tibbi sığortada da eyni yanaşma müşahidə olundu. Bütün ölkə üçün nəzərdə tutulan tibbi sığortaya 903 milyon manat vəsait ayrılmasına baxmayaraq Bakı şəhəri və rayonlarda keçid gələn ilə təxirə salınması ilə əlaqədar onun ən azı yarısına qənaət edilir”.
Qubad İbadoğlu bildirib ki, ödənişli ictimai iş yerləri dedikdə əsasən könüllü fəaliyyətlər təklif olunur. “Onlar da hazırda yoxdur, dayanıb, əsas gedin qeydiyyata düşün, ödənişinizi alın”,- deyə o bildirib.
Oxşar xəbərlər
Bu kolleclərdə təhsil haqqı artırıldı -
Son Xeberler
Azərbaycanda qızıl bahalaşıb
Son Xeberler
Rubl neçəyədir?
Xəbər Anı
Unun son qiymətləri
Xəbər Anı
Dolların bu günə olan
Xəbər Anı
“Qarabağ Futbol Klubu”nun gəlirləri 40% artıb
İdman Xəbər