190 manat ilə bağlı ŞAD XƏBƏR
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ yaranan şəxslərə bu gündən etibarən vəsaitlərin verilməsinə başlanılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, vəsait vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürülür: "Ödəmənin verilməsinin sabah gün ərzində tam olaraq yekunlaşdırılması planlaşdırılır. Qeyd edim ki, birdəfəlik ödəmə aprel-may ayları üzrə 190 manat almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarından olan 278 min işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal çalışan aztəminatlı şəxsi əhatə edir. Bu artıq 4-cü ödəmədir. Bu məqsədlə ümumilikdə 333 milyon manat vəsait sərf olunub".
Etiketlər
Oxşar xəbərlər
Bu kolleclərdə təhsil haqqı artırıldı -
Son Xeberler
Azərbaycanda qızıl bahalaşıb
Son Xeberler
Rubl neçəyədir?
Xəbər Anı
Unun son qiymətləri
Xəbər Anı
Dolların bu günə olan
Xəbər Anı
“Qarabağ Futbol Klubu”nun gəlirləri 40% artıb
İdman Xəbər