
2032-ci il olimpiadasının məkanı bəlli oldu

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsi Avstraliyanın Kvinslend ştatını 2032-c ildə keçiriləcək Yay Olimpiya Oyunlarına əsas namizəd kimi təsdiqləyib.
Bu barədə IOC-un prezidenti Tomas Bax mətbuat konfransında bildirib.
Kvinslend ştatının inzibati mərkəzi Brisben şəhəridir.
"Komissiya "Brisben-2032" Təşkilat Komitəsi və Avstraliya Olimpiya Komitəsi ilə XXXV Olimpiya Oyunlarının mümkün təşkilinə dair danışıqlara başlamağı tövsiyə edib. İcraiyyə Komitəsi intensiv müzakirələrdən sonra bu tövsiyəni yekdilliklə təsdiqləyib", - deyə Bax vurğulayıb.
Məsələ ilə bağlı yekun qərar IOC-un 2021 və ya 2022-cü il Sessiyasında qəbul olunacaq.
Qeyd edək ki, Brisbenlə yanaşı, 2032-ci il Oyunlarını keçirmək istəyini Doha (Qətər), Budapeşt (Macarıstan), Reyn-Rur regionu (Almaniya), Çendu və Çuntsin (hər ikisi Çin) ifadə edib.
Oxşar xəbərlər

Eminin Ev Yarışmasının Qalibi Bəlli Oldu!
Bugun.az

Tanınmış aktrisanın yeni layihəsi bəlli oldu
Bugun.az

Xiaomi Telefonlarının Yenilənmə Dəstəyi Dayandırıl...
Texnologiya xəbərləri

Əvəzedicilər Liqasında mövsümün qalibi bəlli oldu
Bugun.az

Stilist Balaşın ölüm səbəbi bəlli oldu -
Şou Xəbər

Xiaomi Telefonlarının Yenilənmə Dəstəyi Bitən Mode...
Texnologiya xəbərləri