
"4 gün qabaq atamla telefonda danışdıq"- Şəhid polkovnikin oğlu-VİDEO

"Atamın da, mənim də istəyim hüquq-mühafizə orqanlarında çalışmaq idi. 4 gün bundan qabaq atamla telefonda danışdım. Gələcəklə bağlı planlarımız barədə söhbət etdik".
Metbuat.az xəbər verir ki, bunu şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” verilişində deyib.
O, bildirib ki, atasının arzusu onu hərbçi kimi yox, daha çox hüquq-mühafizə orqanlarında əməkdaş kimi görmək olub: “Mənim özüm də bunu istəyirdim. Mən hərbçi ailəsində böyümüşəm. Atamdan nümunə götürərək hüquq-mühafizə orqanlarında olmaq, bu sahədə çalışmaq arzusunda olmuşam. Mən ilk növbədə atamın arzusunu yerinə yetirəcəyəm”.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyev iyulun 14-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid polkovnik iyulun 15-də Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.
Oxşar xəbərlər

“İlham Əliyevlə danışdım, zəfərə yaxınlaşırıq” -
Son Xeberler

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı
Son Xeberler

Millət vəkilinin səhhəti pisləşdi -
Son Xeberler

Putinlə Ərdoğan telefonda danışdı
Son Xeberler

Əli Əsədovla Mişustin telefonda danışdı
Son Xeberler

Seçmenle görüştüğünü söyleyen Harris, kameralara f...
Son Xeberler