"8 noyabr" stansiyası hazırdır - İlk görüntülər - VİDEO

22.12.2020 07:04 650 baxış sayı 2 dəq. oxuma
"8 noyabr" stansiyası hazırdır -

Metronun tikintisi başa çatdırılan "8 noyabr" stansiyasından yeni görüntülər paylaşılıb.

Sosial şəbəkələrdə paylaşılan videoda stansiyada təmir işlərinin baş çatdığı görünür. Stansiyanın giriş turniketləri, eskalatorlar quraşdırılıb və sınaqdan keçirilir. Həmçinin metrostansiyanın platforması, qatarların hərəkət yolları da istifadəyə tam hazırdır.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hazırda stansiya daxilində son tamamlanma işləri aparılır:

"Stansiyada əksər tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda infrastruktur qurulması işləri davam etdirilir. Tikinti işlərində pandemiya şəraitinin tələblərinə tam riayət edilir". 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: