🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyonu ötdü

11.06.2020 04:45 440 baxış sayı 2 dəq. oxuma
ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyonu ötdü

ABŞ-da koronavirusa yoluxma ilə bağlı aşkarlanmış halların ümumi sayı 2 000 464 təşkil edir.


Bu barədə federal və yerli hakimiyyətin informasiyasına əsasən Cons Hopkins Universiteti bildirib.


Tədqiqat təşkilatının saytında yerləşdirilmiş məlumatlara görə, pandemiyanın başlanğıcından Birləşmiş Ştatlarda COVID-19-dan 112 908 pasiyent ölüb. Qeyd edilir ki, indiyə qədər koronavirusa yoluxmuş 533 504 nəfər sağalıb.


Koronavirusa ən çox yoluxma Nyu-York ştatında qeydə alınıb. Burada 380 156 nəfərdə təhlükəli virus aşkarlanıb. Siyahıda sonrakı yerdə Nyu-Cersi ştatı qərarlaşıb. Ştatda 165 364 nəfərin COVID-19 analizi müsbət olub. Bununla yanaşı, Kaliforniyada 139 715 nəfərdə, İllinoysda 129 837 insanda və Massaçusets 104 156 sakində yeni növ virus aşkarlanıb.


Qeyd edək ki, ABŞ koronavirusa yoluxma hallarının sayına görə, dünyada birinci yerdədir.


Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş: