🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

ABŞ-da son 67 ildə ilk

20.11.2020 05:32 390 baxış sayı 2 dəq. oxuma
ABŞ-da son 67 ildə ilk

ABŞ Federal Məhkəməsi bir neçə onillik ərzində ilk dəfə federal səviyyədə haqqında müvafiq hökm çıxarılan qadının edamını təxirə salıb.

Cinayətkarın vəkilləri koronavirusa yoluxduğundan onun əfvinə dair ərizə hazırlaya bilməyiblər.

Məhkəmə sərəncamına əsasən, 2004-cü ildə hamilə qadını boğaraq öldürən Liza Montqomerinin edam cəzası 2020-ci ilin sonunadək keçirilə bilməz. Telekanal qeyd edir ki, bu qərar sayəsində vəkillərin Montqomeri barəsində hökmün yumşaldılması üçün vəsatət hazırlamağa vaxtı olacaq.

Oktyabrın ortalarında ABŞ Ədliyyə Nazirliyi bildirmişdi ki, Montqomeri dekabrın 8-də edam ediləcək. Qeyd edilmişdi ki, hökm İndiana ştatında ölümcül inyeksiya vasitəsi ilə icra edilməlidir. “Reuters” agentliyinin məlumatına görə, son dəfə Birləşmiş Ştatlarda federal səviyyədə məhkum edilmiş qadın 1953-cü ildə edam edilib.

Paylaş: