🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

ABŞ İrana qarşı sanksiyaları sərtləşdirəcək

15.11.2020 18:22 566 baxış sayı 1 dəq. oxuma
ABŞ İrana qarşı sanksiyaları sərtləşdirəcək

Amerika Birləşmiş Ştatları İrana qarşı sanksiyaları sərtləşdirmək istəyir.

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun adından yayılan yazılı açıqlamada yer alıb.

Açıqlamada qeyd olunur ki, bir il əvvəl İrandakı nümayişlərdən sonra rəsmi Tehran həyata keçirdiyi repressiyaların izlərini senzura, hədə-qorxu yolu ilə gizlətməyə çalışıb və ölkədə internetə tam məhdudiyyət qoyulub.

Sanksiyaların gələn həftədən sərtləşəcəyi gözlənilir.

Paylaş: