Son Xeberler
7 abunə
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
04.02.2021 11:49
448 baxış sayı
2 dəq. oxuma
ABŞ-ın həm Demokratlar Partiyası, həm də Respublikaçılar Partiyasından olan bir qrup senator Konqresə Aleksey Navalnının həbsi ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair qanun layihəsi təqdim edib.
Müvafiq məlumat Florida ştatının Respublikaçılar Partiyasından senatoru Marko Rubionun saytında dərc edilib.
"Senatorlar beynəlxalq hüquq pozuntusu, həmçinin Aleksey Navalnının zəhərlənməsi və həbs edilməsində əli olan rusiyalı məmurlara qarşı məqsədyönlü sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təkrarən təqdim ediblər”, - məlumatda bildirilib.
Söhbət senatorların ötən ilin sentyabrında Rusiya hakimiyyətinə qarşı tətbiqini təklif etdiyi sanksiya layihəsindən gedir.
Qanun layihəsindəki mümkün sanksiyalara aktivlərin dondurulması və viza verilməsindən imtina daxildir.
Sənəddə ABŞ administrasiyasının Rusiya rəhbərliyinin kimyəvi və bioloji silahların istifadəsini qadağan edən beynəlxalq müqavilələri pozub-pozmadığını müəyyənləşdirməli olduğu vurğulanıb.
Xatırladaq ki, ABŞ-da respublikaçı senator Mitt Romni Rusiyada Aleksey Navalnının həbsinə məsul olan şəxslərə qarşı sanksiya tətbiqinə dair qanun layihəsini təqdim edəcəyini bildirmişdi.
Oxşar xəbərlər
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Son Xeberler
350
18/12 19:09
ABŞ-dan İrana yeni sanksiyalar:
Son Xeberler
700
31/07 09:20
Şimali Koreya Ukrayna Müharibəsində Rusiyaya Yardı...
Bugun.az
27
28/10 18:25
İranın xarici işlər naziri ABŞ-ın addımını pislədi
Son Xeberler
479
15/12 07:19
Rusiya Kanadaya nota verdi
Bugun.az
13
08/11 12:25
ABŞ sanksiyalarının İrana vurduğu zərər açıqlandı
Son Xeberler
454
06/02 18:26