Abşeronda iki avtomobil toqquşdu 10-a yaxın insan yaralandı

09.09.2020 19:16 475 baxış sayı 2 dəq. oxuma
Abşeronda iki avtomobil toqquşdu

Şər vaxtı Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Qəza Saray qəsəbəsində qeydə alınıb. İki “Mercedes” markalı minik maşınlarının toqquşması, 10-a yaxın insanın xəsarət alması ilə nəticələnib.

Dərhal hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb olunub. Hal şahidlərinin dediklərinə görə, Təcili Tibbi Yardım briqadası əraziyə gec gəldiyindən, yaralıları vətəndaşlar öz şəxsi avtomobilləri ilə xəstəxanalara çatdırıblar.

İlkin versiya kimi hadisəyə ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəb olub. Vətəndaşların sözlərinə görə, yolda işıqlandırmanın olmaması analoji hadisələrin tez-tez baş verməsinə səbəb olur.

Hər halda, hadisənin təffərüatı aparılan araşdırmalardan sonra bəlli olacaq.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: