Son Xeberler
08.07.2020 05:14
6 abunə
839
"Açın-tökün hər yeri, ölümqabağı biraz şellənək" - Azər Qərib TƏBİB-ə od püskürdü
"Nə olardı, bircə dəfə də TƏBİB çıxıb deyəydi ki, bəli, bizim də səhfimiz olub, filan işi düz etməmişik, bizim günahımızdır".
Bu sözləri Azərbaycanın məşhur səyahətçisi Azər Qəribov
özünün "Facebook" səhifəsində yazıb. Səyyah statusunda TƏBİB-i sərt şəkildə tənqid edib.
Onunstatusunu olduğu kimi təqdim edirik:
Ha özümə söz verirəm ki, susacam, alınmır.
Fikriləşirəm ki, yeməyə bir loxma çörəyin var, kondisionerin işləyir, evdən çıxmağa icazən də var, mumla otur yerində, amma nəticədə yenə də dözə bilmirəm, hər birimizin borcudur ölkəsi üçün ürək yandırmaq.
Odur ki, deyəcəm.
Karantin elan ediləndən 2 ay bütün qərarları dəstəklədim, nəvələrimi görmədim, anama dəyə bilmədim, evdəqal təbliğatına qoşuldum, 50 yerdən zəng etdilər ki, BMT-dan tutmuş digərlərinə kimi ki, tanınmış simasınız, bizə dəstək verin, verdim, vətəndaş borcu kimi buna yanaşdım.
Amma artıq dörd ay keçib və nə görürəm? Siz gördüyünüzü.
Nə olardı, bircə dəfə də TƏBİB çıxıb deyəydi ki, bəli, bizim də səhfimiz olub, filan işi düz etməmişik, bizim günahımızdır filan fəsadlar, niyə etmirlər bunu?
Deyim, niyə. Hamısı natamamlıq kompleksindən irəli qəlir. Səhfini etiraf etmək böyüklükdür, bu, bir tərəfə.
Amma eyni zamanda, indiki gərgin dövrdə bu, həm də azacıq da olsa, təsəlli verərdi insanlara, görərdik ki, məsuliyəti bölürlər aramızda, yalnız bizim boynumuza atmırlar.
Əvəzində isə TƏBİB bizi yenə də sevindirir, "payızda vəziyət daha da pis olacaq" deyir.
Sənk yu veri maç, darlinq, budurmı TƏBİB-in pandemiya ilə mübarizədə informasiya strategiyası? Varmı bunun dediklərini bir senzura edən?
Necə yəni daha da pis olacaq?
Əgər daha da pis olacağsa və hamımız payızda qırılacayığsa, onda nə mənası var bu karantinin, açın-tökün hər yeri, ölümqabağı biraz şellənək, ürəklərdə o qədər son arzular var ki.
Ümumiyətlə, hal hazırda TƏBİB-in rəhbəri əhali tərəfindən ən qəbul edilməyən simalardan biri olub, nə ehtiyac var onu kamera qarşısına çıxarmağın?
Hamının stress olduğu halda varmı əlavə qıcığa ehtiyac? Bu fiqurun nə ictimai və yaxud nə siyasi çəkisi var ki, OQ ona görə öz nüfuzunu ortaya qoymağa hazırdır?
Dəyərmi ona görə əhali ilə prinsipə getmək?
Məni valideyinlərim o qədər danlamamışdı, nə qədər bu uşaq-muşaq danlayır.
Necə olur ki, uğur olanda mikrofon üstündə dava edirdi ki, bizim uğurumuzdu, amma problem çıxan kimi günahkar yalnız biz olduq?
Söz deyən kimi də "bütün dünya bu vəziyətdədir" tezisini soxur gözümüzə. Qardaş, sən dünyada olan mənfi misalları gətirəndə, bir müsbət tərəfə də bax da.
Niyə bu camaata Gürcüstan haqda demirsən? Niyə demirsən ki, karantinə hamıdan gec gedən Britaniya artıq karantindən çıxır?
Nəyə görə bir şərh etmirsən Belorusiya misalını, elə bil belə bir ölkə yoxdur kimi aparırsan özünü? Mən lağ etmirəm, tərfiləmirəm də Belorusiyanın təcrübəsini, amma bu sual var axı, necə onu görməməzliyə vurmaq olar?
Mütəxəssis rəyi istəyir camaat bu haqda, professional yanaşma, arqumentli və tutarlı izahat, niyə susursan bu haqda? Ay əziz həmkarlarım, niyə vermirsiniz bu sualları brifinqlərdə?
"Siz virusa inanmırsınız" şüarını özünə bayraq edib düşüb camaatın üstünə TƏBİB.
İnsanlar virusa deyil, onlar sizə inanmırlar, məntiqsiz təkliflər verənlərə, bizim üzərimizdə eksperimentlər aparanlara.
Dörd aydır biz ruletka oyunu görürük, tutdu qatıq, tutmadı ayran.
Metronu acaq, yox, gəlin bağlayaq, postları götürək, yox gəlin qaytaraq, lokdaun edək, yox etməyək, bu belə deyir, digərisi başqa cür, məgər dörd ay azmı müddətdir qurumlar arasında mükəmməl koordinasiya qurmaq üçün, vahid informasiya siyasətinin formalaşdırmaq üçün?
Nəyə görə də insanlar inanmalıdırlar?
Rayonları bağlatdıran gedib şəlalənin altında fotosessiya çəkir, hələ sonra utanmaz-utanmaz brifinqə də qatılır, çimərliklərin baqlanmasını təklif edənlər öz çimərliklərində günəş vannası alırlar,
Dörd divar arasında evdə qapananları məsuliyətə çağıran sözçü Zuğulbada dəniz havasından feyziyab olur, 5 ulduzlu otellər hovuzlarını açıq elan edirlər, kimə inanasan?
Necə inanasan ki, əgər test keçirən klinikalardan biri TƏBİB rəhbərliyinə aiddir, od qiymətinə edirlər bunu, həkimlər qileylənirlər ki, Prezidentin qərarı ilə artırılan maaşlarımızı TƏBİB vermir, hətta əlcək filanı da öz pulumuza almalı oluruq, hansı birini sadalayım?
Bakı balaca şəhərdir, hamı hər şeyi bilir, kimin bu vurhavurda bahalı bağ aldığına qədər, hər şeyi görür, danışır, yayır və belə xəbərlər inamsızlığı daha da artırır.
Çox əsəbləşdim o gün brifinqə baxıb. Sanki təhqir olunmuş kimi hiss etdim şəxsiyətimi.
Üç sözün ikisində özünü təriflədi TƏBİB rəhbəri, biz belə ağıllıyıq, biz belə düzgün edirik hər şeyi, i vapşe biz olmasaydıq, ölkə batıb getmişdi.
Ələ salır bizi?
"Bizi bütün mütəxəssiləri cəlb etmişik". Axı siz necə cəlb etmisiniz ki, ölkənin baş infeksionistini heç yaxın buraxmırsınız, epidemiya üzrə baş mütəxəssis isə rayonda özünü samoizolsiyaya təcrid edib?
Hamıda düşüb üstünə.
Nə günahı var onun ki, TƏBİB və ÜST-ün yerli nümayəndəliyi belə bir mütəxəssizdə ehtiyac duymayıblar?
"Biz hər şeyi hamıdan yaxşı bilirik, sizin məsləhətlərinizə lüzum yoxdur" yanaşmasıdır ki, biz bu gün mövcud fəsadlara gəlib çıxdıq.
Yoxsa siz necə təsəvvür edirsiniz, aləm dəyib biri birinə və məmləkətin baş epidemioloqu könüllü olaraq cəbhəni tərk edib? İnanmıram mən buna.
Mən bir vətəndaş kimi bütün qəbul edilən qərarlara tabe oluram, digərlərini də buna çağırıram, hamınız şahidisiniz.
Bundan sonra da belə olacaq, başqa cür mümkün deyil, çünki mənə inanan, mənə etibar edən insanlar az deyil, təvəzökarlığdan uzaq olsa da.
Amma mən ictiamiyətdə səslənən suallara yetərli, anlaşılan tərzdə cavablar istəyirəm. Cavablar isə verilmir.
Məsələn, çimərliklər niyə bağlıdır?
Əgər sixlığdan qorxursunuzsa, yeni qaydalar tədbiq edin və buna ciddi nəzarət edin. Qızmar günəş altında, ültraşüalar altında virus necə yayılacaq?
Bizim dənizin suyu elə zəhərlidir ki, virus deyil, dədəsi belə gəlsə, övladını götürüb aradan çıxacaq dəhşətə gəlib.
Bütün dünya alimləri barbar bağırırlar ki, insanlara vitamin D lazımdır, biz isə sahil şəhəri olaraq evlərdə qapanmışıq.
Belə baxanda, düz deyir TƏBİB, payızda pis olacaq, çünki bu gün günəş üzünə, dəniz havası üzünə həsrət qalan, immunitetini gücləndirməkdən məhrum olanlar payızda kütləvi olaraq xəstələnəcəklər.
Rayonlarda mülkü olanlar niyə buraxırmırlar rayonlara? Uzağı bir dəfə marketə gedəcək maska ilə, sonra həyətində oturacaq, təmiz havadan udacaq, nəyi pisdir?
Qanunsuz, oğru yollarla gedənlərdən nəyləri əskikdir? Qoy heç olmasa uşağlarını nənə-babaların yanına aparıb qayıda bilsinlər.
Varmı uşağları düşünən? Lazımdırsa, test edib buraxın insanlar həyət evlərinə yollansınlar, beton divarların arasında qalmağdansa.
Bəs sərhədlər niyə açılmır? Gedəndə də test verirsən, gələndə də, nədir məqsəd bağlı saxlamağda?
"Biz hər şeyi düz edirik”, deyir TƏBİB.
Bəs niyə demirsiniz ki, iki günlük mənasız lokdaunun fəsadlarıdır bu gün yaşayırıq? Niyə demirsiniz ki, o günlər marketlərdə yoluxanlardır bu gün virusu yayanlar?
Niyə demirsiniz ki, bu günlər avtobuslarda olan sıxlıq yeni yoluxmalara gətirib çıxarır?
Niyə demirsiniz ki, qəflətən, xəbərdarlığsız ləğv olunan icazələrə görə insanlar cərimələnirlər və bu, haqlı narazılığa gətirib çıxarır? Nəyə görə polisi insanlarla qarşıdurmaya sövq edirsiniz?
Maska nəzarətini niyə təmin edə bilməmişdiniz bu günə qədər, niyə gözləyirdiniz ki, ən yuxarı təbəğədən bu məsələyə müdaxilə edilsin və yalnız bundan sonra əlayağa düşəsiniz?
Belə bir şey deyim.
Media işini içəridən bilən adam kimi, tendensiyaları izləyən birisi kimi, mən artıq dünyada dönüş görürəm pandemiya ilə bağlı.
Bu, hələ ki, çox ehtiyatlı, çox ahəstə bir dönüşdür, amma dünyanı idarə edən ölkələrdə bu, artıq hiss olunur.
ÜST-ün heqemoniyasına müqavimət artır, ona görə ÜST-ün isterikası da göz qabağındadır.
"İkinci dalğa", "üçüncü dalğa", "donuz qripi gələcək", "meymun qpiri gələcək", "virus mutasiya edəcək", "payızda ujas yaşanacaq", "kim bizim tövsiyələrimizə qulaq asmasa qırılacaq" - bu, həmin isterikanın bariz nümunələridir.
Lakin dünya artıq anlamağa başlayır ki, bu stress içində, bu gərginlik içində, bu əsəb içində uzun müddət yaşamaq mümkün deyil.
Anlayır ki, iqtisadiyat çöksə, nə viruslu, nə virussuz adamlara heç ehtiyac olmayacaq.
Anlayır ki, millionlarla digər xəstəliklərdən əziyət çəkənlər qayğısız qalıb, sayıb görür ki, həmin o müalicə olunmayan xəstəliklərdən daha çox adam ölür, nəinki koronavirusdan.
Başa düşür ki, yay qurtarır, insanlara ümid vermək lazımdır, nikbinlik təbliq etmək lazımdır, vahiməlik yeritmək siyasəti artıq işləmir.
Pisdir bunun fəsadları, insanlar aqressivləşir, hamı biri birnə şübhə ilə baxır, "acından ölməkdənsə, virusdan ölmək yaxşıdır" məntiqi çıxır ortaya.
ÜST, onun yerli nümayəndəliyi və TƏBİB üçün pandemiya çox əla fürsətdir - diqqət, mikrofon, büdcə pulları, niyə də yox?
Məndən hərdən soruşurlar ki, özünüz xəstələnsəniz nə deyəcəksiniz?
Özüm xəsətlənsəm, digərlər necə, mən də elə. Ya sağalacam, ya sağalmayacam, durub nəyə görə indidən nəst gətirməliyəm?
Maska taxıram qapalı yerdə, məsafə saxlayıram, əllərimi isə virus olmayanda da yuyurdum, bütövlükdə vas-vasıyam bu cəhətdən.
Ona görə xox gəlməyin tərəfdarı deyiləm, əksinə, hesab edirəm ki, TƏBİB insanları maarifləndirməlidir, başa salmalıdır ki, COVİD-lə xəstələnmək heç də o demək deyil ki, kitabın bağlandı.
Anlatmalıdır ki, xroniki xəstəlikləri olanlar xüsisilə özlərini qorumalıdırlar.
Yoxsa ki, anaları vahiməyə salır ki, artıq uşağlar da yoluxur, vaxsey filan. Utanmırsan, axı sənin də ailən var?
Çox gərgin vəziyətdə yaşayır insanlar, çox həssas məqamlardı, ona görə düşünürəm ki, hər bir məmur bu həssaslığı nəzərə almalıdır, hər sözünü ölçüb-biçməlidir, anladığım qədər belə olmalıdır.
Bu yerə qədər oxuyub çatanlara isə bir dənə tuş...