Acının 40-cı günü... - FOTO
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi hədəf alması nəticəsində Naftalanda həlak olan bir ailənin 5 üzvünün bu gün 40 mərasimidir.
Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi hərbi cinayət nəticəsində həlak olan Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus(baba), həyat yoldaşı Qurbanova Şəfayət(nənə), gəlini Əmirova Afaq (Şəhriyarln anası) və nəvələri 14 yaşlı Qurbanova Fidan və 13 yaşlı Qurbanov Şəhriyarın məzarları da hazırlanıb.
Qeyd edək ki, ailənin sahibi Qurbanov Nadir (Şəhriyarın atası) hərbçidir. Nadir ağır faciəni güclə çiyinlərində daşısa da, ailəsindən geriyə qalan yeganə yadigarı, Bakıda təhsil alan oğlu ilə təsəlli tapmağa çalışır. Bütün bunlarla yanaşı, Nadir yenidən cəbhə bölgəsinə qayıdacağını və faşist düşmənə qarşı vuruşacağını deyir.