🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Açıq havada maska taxmaqla bağlı DİN-dən AÇIQLAMA

13.02.2021 17:29 713 baxış sayı 2 dəq. oxuma
Açıq havada maska taxmaqla bağlı DİN-dən AÇIQLAMA

"Açıq havada tibbi maskadan istifadə etməməklə bağlı fikir TƏBİB-in rəsmi mövqeyi deyil. Qurum təmsilçisinin şəxsi fikridir. Azərbaycanda tibbi maskalardan istifadə Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunub”.

Bu fikirləri DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ARB-nin efirində deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, açıq və qapalı məkanlarda, bir və ya iki şəxsin hərəkət etdiyi ictimai yerlərdə tibbi maska taxmaq məcburidir:

"Bununla bağlı dünən rəsmi olaraq TƏBİB-dən açıqlama verilib ki, bu, onların rəsmi mövqeyi deyil. Cəmiyyətdə çaşqınlıq yaranmamalıdır. Pandemiya hələ bitməyib. Qaydalara ciddi şəkildə əməl edilməlidir ki, dövlət növbəti yumşaldılma tədbirlərini davam etdirsin.

Bu, hər birimizdən asılıdır. İndiyədək çəkilən əziyyət hədər getməməlidir. Hər bir vətəndaşın üzərinə düşməli olan vəzifə indiki vəziyyətdə tibbi maskalardan düzgün istifadə edilməsidir.

Bu, həm də qənunvericilik normasıdır. Yəni dövlətin məcburetmə tədbiridir. Əgər kimsə müvafiq yerlərdə tibbi maskadan istifadə etməzsə, polis tərəfindən aşkarlandıqda həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”.

Paylaş: