🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Ad çəkə bilmirsinizsə, deməli hekayə uydurursunuz”

09.11.2020 10:14 471 baxış sayı 5 dəq. oxuma
“Ad çəkə bilmirsinizsə, deməli hekayə uydurursunuz”

“Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə görə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malik olmadığını düşünürsünüz?”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Ermənilərin Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şeylərə malik olacaqmı?” sualına cavabında deyib. 

Dövlət başçısı jurnalistdən ona bu haqda məlumat verən müstəqil mənbələrin adlarını çəkməyi tələb edib:

- Bir çox müstəqil mənbələrdən.

- Deyin mənə, hansılardır?

- Əlbəttə ki, mən onların adlarını çəkə bilmərəm.

- Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir ki, siz bir hekayə uydurursunuz.

- Siz deyirsiniz ki, media dövlət nəzarəti altında deyil?

- Xeyr. Əsla yox.

- Fəal azad müxalif media var?

- Əlbəttə ki.

- Mən bunu harada görə bilərəm?

- Siz bunu internetdə görə bilərsiniz. Siz bunu hər yerdə görə bilərsiniz.

- Qəzetlərdə yox.

- Niyə? Siz bunu qəzetlərdə görə bilərsiniz. Sizdən soruşa bilərəmmi, siz burada kimi müxalifət adlandırırsınız?

- Burada müxalifətin olmasına icazə varmı?

- Bəli, icazə var.

- QHT-lər təqiblərə məruz qalır, jurnalistlər təqiblərə məruz qalır.

- Xeyr, əsla.

- Tənqidçilər həbsxanadadır.

- Xeyr, əsla.

- Bunların heç biri həqiqət deyil?

- Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu sizin ölkədə azad mətbuatın təzahürüdür?

 

 
Paylaş: