
Adolf Hitler seçkilərdə qalib gəldi

Nambiyada keçirilən yerli seçkilərdə Adolf Hitler adlı siyasətçi qələbə qazanıb.
O, hakim “Swapo” partiyasından Ompundja seçki dairəsi üzrə 85 faiz səslə məclis üzvü seçilib.
Siyasətçi "Bild” nəşrinə müsahibəsində atasının Hitlerin şərəfinə ona bu adı verdiyini deyib. O, əmindir ki, atasının Hitlerin nasist ideologiyasından xəbəri olmayıb.
54 yaşlı Hitler irqi ayrı-seçkiliyə qarşı mübarizə apardığı üçün regionun cənub-qərbində populyar siyasətçilər arasındadır. Hitler uşaq vaxtı adı ilə bağlı problem yaşamadığını bildirib:
“Uşaq ikən bu mənim üçün tamamilə normal bir ad idi. Yalnız böyüdükcə bu insanın bütün dünyanı kölə etmək istədiyini və milyonlarla yəhudini öldürdüyünü anladım”.
Niyə adını dəyişdirmədiyini soruşduqda isə, bunun üçün artıq gec olduğu söyləyib: "Bütün rəsmi sənədlərdə var, bunun üçün çox gecdir".
O, daha sonra özünü Adolfom Uunona adlandırıb.(Azvision.az)
Oxşar xəbərlər

Koronavirusdan ölən şəxs seçkilərdə qalib gəldi
Son Xeberler

Donald Tramp seçkidə qalib gəldiyini açıqladı
Son Xeberler

Türkiyə Monteneqronu Yendi
Bugun.az

Qarabağ Liderliyə Yüksəldi
Son Xeberler

Lukaşenko qalib gəlib -
Son Xeberler

Mehman Hüseynov xərçəngə qalib gəldi -
Son Xeberler