23.11.2020 16:32
6 abunə
469
“Ağdam şəhərinə qədər bir neçə müdafiə xətti var idi” - Prezident
"Ağdam şəhərini və işğal altında olmuş rayonun torpaqlarını bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək məcbur etdik ki, Ağdam rayonundan çəkilsin".
Bunu Prezident İlham Əliyev Ağdama səfər edərkən yol təəssüratlarında bölüşüb.
"Düşmənin Ağdam şəhərinə qədər bir neçə müdafiə xətti var idi. Bütün dünya görsün ki, vəhşi düşmən nə günə qoyub bizim kəndlərimizi. Hansı vəhşilərlə biz üz-üzə idik. Hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə ediblər. Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də jurnalistləri, əcnəbi jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik", - deyə dövlət başçısı əlavə edib.