🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Alimlər XƏBƏRDARLIQ ETDİ: Koronavirusun yeni yoluxma yolu ortaya çıxdı

19.08.2020 06:59 431 baxış sayı 2 dəq. oxuma
Alimlər XƏBƏRDARLIQ ETDİ:

Braziliya və Ekvadordan gələn dondurulmuş qida paketlərində koronavirus təsbit edən Çin hərəkətə keçib və bəzi məhsulların idxalını dayandırıb. Təxminən 220 milyad dollarlıq bir bazara sahib olan soyuq qida sənayesinə böyük bir problem yaradan bu hadisəyə mütəxəssislər fikir bildiriblər.

ABŞ-ın "Bloomberg" media qurumu donmuş qidalar üzərində koronavirus aşkarlanmasının ardından bu şəkildə insanlara virus yoluxma ehtimalını gündəmə gətirib. Mütəxəssislər donmuş qidadan koronavirusa yoluxma ehtimalının olduğunu açıqlayıblar. Lakin bunun az ehtimal olduğu da qeyd edilib.

Xüsusən soyuq anbarlar və ət kəsim mərkəzlərinin virusun yayılması üçün soyuq və quru olduğu üçün əlverişli bir mühit təşkil etdiyi bildirilib. Honq-Konq Universitetindən Epidemiologiya fakültəsinə rəhbərlik edən Benjamin Kovlinq bildirib:

"Virus dondurulduğu zaman həyatda qalır. Bu da göstərir ki, virus donmuş qidalar ilə yayıla bilər. Lakin bu çox az ehtimal edilir. Bu cür yoluxma üçün virus temperatur artana qədər həyatda qalmalıdır, daha sonra bir insanın əlinə keçməsi və o insan əli ilə burnuna və ya ağzına toxunmalıdır, bu zaman yoluxma olə bilər".

Paylaş: