Alimlərdən ŞOK AÇIQLAMA: Peyvənd tapılsa da, koronavirus davam edəcək

25.09.2020 14:04 638 baxış sayı 2 dəq. oxuma
Alimlərdən ŞOK AÇIQLAMA:

Britaniya hökümətinin səhiyyə sözcüləri bildiriblər ki, istehsal ediləcək "COVID-19" peyvəndi koronavirusun yayılmasının qarşısını almayacaq, sadəcə əlamətlərini 50% azaldacaq.

Koronavirusa qarşı hazırlanan 200-ə yaxın potensial peyvəndin klinik çalışmalarının davam etdiyi vaxtda Britaniya mütəxəssisləri deyiblər ki, koronavirus peyvəndi hazır olan kimi "sehrli çubuq" olmayacaqvə böyük ehtimalla insanların virusa yoluxmasının da qarşısını almayacaq.

Məlumata görə, peyvənd sadəcə virusun əlamətlərini azaldacaq. Mütəxəssislər bildiriblər ki, koronavirusa yoluxmaların sayını 50% azalda biləcək peyvənd uğurlu sayılacaq.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: