25.06.2020 11:25
6 abunə
664
“Allah bəlanızı versin!” – Balkondan gül atan qızdan SƏRT AÇIQLAMA
Yasamalda eyvana çıxaraq mahnı oxuyub polisə gül atanlar sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.
Hadisə dünən baş verib. Bir qrup vətəndaş Yasamal rayonunda polisə dəstək ifadə etmək üçün eyvandan mahnı oxuyaraq asayiş keşikçilərinə gül atıb. Onların videosu "Sakinlər balkonlardan polisə gül atdı” qeydi ilə sosial şəbəkələrdə paylaşılıb.
Lakin bunun üzərindən qısa müddət keçdikdən sonra bəlli olub ki, həmin şəxslər sıravi vətəndaş yox, müxtəlif musiqi yarışmalarının qalibidirlər. Konkret olaraq Elsevər Muradovla Gülnar Qüdrətli muğam müsabiqəsinin, Ruzi və Günay "Xalq ulduzu” layihəsinin laureatlarıdır. Digərlərinin də musiqiçi olduğu bildirilir.
Bundan sonra sosial şəbəkədə həmin şəxslərin fotolarını paylaşaraq tənqid atəşinə tutublar.
Nəhayət onlardan bir – Nigar Rəhimova onlara ünvanlamış tənqidləri cavablandırmaq qərarına gəlib. O sosial şəbəkədə yazıb: "Allah bəlanızı versin, bizi başa düşməyib şəkillərimizi hörmətsizləşdirib paylaşanlar, ölüb yerə girirsiniz heç? Heç utanırsınız? "Vətən”, "xalq”, "yaşa” demişik! Kimə pislik etmişik? Kimin evini yıxmışıq axı? Allah bəlanızı versin! Məni tanıyanlar tanıyır! Dövlət orqanları sizlərlə bağlı ölçü götürəcək, bunu belə bilin, vəssalam!!!”