Son Xeberler
Son Xeberler

19.11.2020 08:17

6 abunə

316

Almaniyanı etiraz dalğası bürüdü, deputat da saxlanıldı - FOTOLAR

Almaniyanı etiraz dalğası bürüdü, deputat da saxlanıldı -

Berlində federal hökumətin koronavirusun yayılmasının qarşısını almaq üçün apardığı siyasətə etiraz edilib.

Yüzlərlə insan maska taxmadan və xəbərdarlıqlara məhəl qoymadan küçələrə axışıb, nəticədə polislə toqquşub.

Beş mindən çox aksiya iştirakçısına qarşı təzyiqli su, bibər qazı ilə müdaxilə olunub, çoxlu sayda saxlanılan var.

Etirazçılar arasında Almaniya Alternativ Partiyasından olan deputat Karsten Hilse də olub. Polislə mübahisə edən millət vəkili saxlanılıb.

Berlin polisi Karsten Hilsenin saxlanılması barədə tvitterdə açıqlama yayıb.

“Unter den Linden küçəsində bir nəfərə maskasız olduğu üçün xəbərdarlıq edilib. Lakin qarşı tərəf özünü Federal Məclisin üzvü kimi tanıtdı. Ardından yanında gəldiyi bir nəfərdən onun fotosunu çəkməsini istədi və daha sonra bizimlə mübahisə etdi”,- deyə qeyd olunub.