Amerikalı məşhur aparıcı vəfat etdi

23.01.2021 14:41 476 baxış sayı 1 dəq. oxuma
Amerikalı məşhur aparıcı vəfat etdi

Amerikalı məşhur telejurnalist Larri Kinq vəfat edib.

Bu barədə onun rəsmi “Twitter” hesabında məlumat paylaşılıb.

87 yaşlı Larri Kinq Los-Ancelesdəki klinikalardan birində dünyasını dəyişib.

Xatırladaq ki, daha əvvəl onun koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilmişdi.

L.Kinq 1985-2010-cu illərdə müəllifi olduğu "Larry King Live" şousu ilə məşhurlaşıb. O, əlli mindən çox siyasətçi, aktyor, idmançı və digər məşhurlardan müsahibə alıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: