ANAMA və DİN əhaliyə xəbərdarlıq edib
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Daxili İşlər Nazirliyi ölkə əhalisinə xəbərdarlıq edib.
ANAMA-dan verilən məlumata görə, müraciətdə sakinlərə naməlum və şübhəli əşyalara toxunmamaları, xüsusilə uşaqları tanımadıqları əşyalara əl vurmamaları və dərhal aidiyyəti üzrə 102 Xidməti – Zəng Mərkəzinə məlumat vermələri bildirilib.
Həmçinin vurğulanıb ki, işğaldan azad edilmiş və müharibə zamanı düşmən atəşinə məruz qalmış ərazilərin minalarla, partlamamış hərbi sursatla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyi nəzərə alınaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətə qədər vətəndaşların bu ərazilərə daxil olmaları müvəqqəti olaraq qəti şəkildə qadağandır.
Vətəndaşların bu ərazilərə səfər etməkdən çəkinmələri artıq dərəcədə xahiş olunur.
Oxşar xəbərlər
Füzulidə mülki şəxs minaya düşdü, hər iki ayağını...
Son Xeberler
Baş Prokurorluq və DİN əhaliyə xəbərdarlıq etdi
Son Xeberler
ANAMA və DİN-dən əhaliyə təhlükə xəbərdarlığı
Son Xeberler
ANAMA-nin işçisi minaya düşdü
Son Xeberler
Azərbaycanda əhaliyə xəbərdarlıq edildi -
Son Xeberler
Düşmənin Tovuza atdığı partlayıcı sursatlar
Son Xeberler