🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Aparıcı canlı yayımda dənizdən meyit çıxardı

08.02.2021 16:57 377 baxış sayı 2 dəq. oxuma
Aparıcı canlı yayımda dənizdən meyit çıxardı

Avstraliyanın "Channel 9" telekanalının canlı efirində maraqlı hadisə baş verib.

Çimərlik sahilindən birbaşa yayımla hava proqnozunu təqdim edən Lyuk Brednem adlı teleaparıcı dənizdə batan insana yardım etmək məqsədilə suya tullanıb. Lakin üzərək həmin şəxsə yaxınlaşdığı zaman onun artıq öldüyünü görüb.

"Cəsədi gördüyüm zaman çox qorxdum. Axı mən heç vaxt ölmüş insanı bu qədər yaxından görməmişdim. Həm də mən bu həftə məşq zamanı çiyin əzələmi zədələmişdim. Suya tullanarkən həmin şəxsə yardım edə biləcəyimdən əmin deyildim", - deyə teleaparıcı təəssüratını bölüşüb.

Düzdür, Lyuk artıq vəfat etmiş şəxsə yardım edə bilməsə də, hadisə yerinə gələn xilasedicilərə onun cəsədini sudan çıxarmaqda kömək edib.

Cəsədin kimliyinə gəlincə, məlum olub ki, bu, 32 yaşlı britaniyalı serfinqçi Ceyson Ceykobsdur. O, rəfiqəsi ilə birlikdə cümə axşamı itkin düşüb. Bir müddət sonra dənizdə xanımın da meyiti aşkar olunaraq çıxarılıb./Oxu.az

Paylaş: