🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

''Arvadını Qarabağa göndərən Paşinyanı gözləyən...'' - Politoloqdan AÇIQLAMA

22.09.2020 07:31 495 baxış sayı 7 dəq. oxuma
''Arvadını Qarabağa göndərən Paşinyanı gözləyən...'' -

“Bu gün cəmiyyətdə müharibə ab-havası var. Xalqımız işğalla barışmaq istəmir. 30 ildir torpaqlarımız işğal altındadır.’’

Bu fikirləri Metbuat.az-a özəl müsahibəsində politoloq Niyaməddin Orduxanlı bildirərək qeyd etdi ki, 30 ildir Ermənistan torpaqlarımızı işğal edib, ərazilərimizi məskunlaşdırırsa və beynəlxalq birliyin sərt təpkisi və sanksiyaları ilə üzləşmirsə, beynəlxalq hüquqa hörmət yalnız bizə qalmayıb.

"Cənab Prezident İlham Əliyevin son çıxışında həm yerli, həm də beynəlxalq ictimaiyyətə yönələn çoxlu sayda ciddi mesajlar verdi. Çıxışın əsas məğzi ondan ibarət oldu ki, müstəqilliyimizi göz bəbəyi kimi qorumalıyıq və keçmişin nostalgiyası ilə yaşayıb müstəqilliyə qarşı çıxanlar vətən xainləridir!

Prezident misallarla əsaslandırdı ki, Azərbaycan xalqı faşizm üzərində qələbəyə böyük töhfə versə də, Kreml ölkəmizin təbii sərvətlərini uzun illər vəhşicəsinə, böyük ekoloji fəlakət yaratmaqla talasa da etnik seperatizmi dəstəkləməklə Azərbaycana xəyanət etdi və nəticədə torpaqlarımızın 20 % -i Ermənistan tərəfindən işğal olundu.

Müstəqillik illərində biz xarici investorları cəlb edib neft sənayesini yenidən qurmaqla, böyük maddi vəsaitlər hesabına həmin ağır ekoloji fəlakətin nəticələrini aradan qaldırmaqla şəhər və kəndlərimizi abadlaşdırmaqla, ölkəmizi faktiki olaraq yenidən qurmaqla məşğuluq. Prezident bildirdi ki, Paşinyan siyasi riyakarlığına görə əvvəlki sələflərindən heç nə ilə fərqlənmir və onunla Qarabağ probleminin həlli istiqamətində danışıq aparmağın mənası yoxdur."

Politoloq deyir ki, Paşinyan əhalinin ölkə daxilində mövcud olan problemlərdən diqqətini yayındırmaq üçün iyul ayında Tovuz istiqamətində erməni silahlı qüvvələrinin təxribat xarakterli hücumunu təşkil etdi.

Həmin təxribatı xalqına qələbə kimi təqdim edib, Azərbaycan qarşısında danışıqları mənasız edən şərtlər irəli sürdü. Bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağa yolladı. Azərbaycan igid əsgərlər müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər.

“Əgər növbəti təxribat olarsa hərbi əməliyyatlar təkcə bizim ərazidə aparılmayacaq. Müsahibənin ümumi ab-havasından belə qənaətə gəlmək olar ki, torpaqlarımızın azadlığı istiqamətində yaxın gələcəkdə ciddi addımlar atılacaqdır.

Bu qənaətdəyəm ki, son açıqlamalar 26 ildir davam edən söz savaşına oxşamır.

Müdafiə naziri Zakir Həsənovun ehtiyatda olan xüsusi ixtisaslı hərbçilərin Orduya çağırılması barədə əmri də bu qənaəti möhkəmləndirir.

Başqa mühüm açıqlama Cənab Prezidentin Türkiyə, Gürcüstan və İrana aid oldu. Türkiyənin qardaş ölkə olmasını, əməkdaşlığımızı genişləndirəcəyimizi bir daha vurğuladı. Gürcüstanın üzərindən Ermənistana silah daşınmasına icazə verilməməsini yüksək qiymətləndirdi və həmişə Gürcüstanın yanında olduğumuzu növbəti dəfə bəyan etdi. Gürcüstandakı bəzi gürcü familiyalı ermənilərin münasibətlərimizi pozmağa cəhd etdiyini də diqqətə çatdırdı.

Prezidentin çıxışından Ermənistandan sonra ciddi nəticə çıxarmalı olan ikinci ölkə, həm də soydaşlarımızın vətəni olan İran olmalıdır. Prezident söylədi ki, əli müsəlman uşaqların, qadınların qanına batmış, bir milyondan çox müsəlmanı ev-eşiyindən didərgin salmış, islam məscidlərini, abidələrini dağıtmış, məscidlərdə donuz saxlayan ermənilərlə müsəlman olub necə münasibət qurmaq olar?

Yeri gəlmişkən, ərəb ölkələrini İsraillə diplomatik əlaqələr qurmasına görə sərt tənqid edib hədələyən İran, Ermənistana İranın hava məkanından silah daşınmasına icazə verməsi bir yana, görəsən İsraildə səfirlik açan Ermənistana münasibətdə niyə "quzu" kimi susur?

Ümumən müsahibəni yüksək qiymətləndirirəm. Xalqımız bunun ardınca real addımların atılmasını gözləyir.”

Paylaş: