"Atəşkəs sülh deyil" - Hikmət Hacıyev

10.10.2020 11:21 613 baxış sayı 2 dəq. oxuma
"Atəşkəs sülh deyil" -

“Moskvada qəbul edilmiş bəyanatdan sonra da Ermənistanın Silahlı Qüvvələrimzə qarşı təxribatı davam etməkdədir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu Ermənistanın riyakarlığını göstərir.

“Atəşkəs elan edildikdən sonra da Ermənistan atəşkəs rejimini pozmaqda davam edir. Azərbaycan Silahlı Qüvvələri də təxribatlara cavab verir. Beynəlxalq ictimaiyyət Ermənistanın riyakar siyasətini bir daha görməkdədir. Atəşkəs sülh demək deyil, bu sadəcə humanitar əsaslarla atılmış bir addımdır. Ermənistan humanitar atəşkəs üçün yalvarırdı."

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: