Avropanın məşhur saytı erməni vandalizmindən yazdı
İyulun 25-də Brüsseldə yerləşən “EU Reporter” Avropa multimedia xəbər platformasında “#Azərbaycanın Avropadakı diplomatik nümayəndəliyinə misli görünməmiş hücum” / “Unprecedented attack on a diplomatic mission of #Azerbaijan in Europe” adlı məqalə dərc olunub. (https://www.eureporter.co/politi/unprecedented-attack-on-a-diplomatic-mission-of-azerbaijan-in-europe/ )
İyulun 22-də Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və ölkəmizin Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə Belçikadakı erməni diasporu (Comité des Arméniens de Belgique - https://www.armencom.be) tərəfindən törədilmiş qanunsuzluqların professional və obyektiv şəkildə təsvir edildiyi məqalədə bildirilir ki, “iyulun 22-də Azərbaycanın Brüsseldəki səfirliyi qarşısında erməni diasporu tərəfindən vandalizm aktları ilə müşayiət olunan zorakı nümayiş keçirilib.” Bu hadisə səfirliyin ərazisinə iyulun 19-da edilən hücumun davamı kimi göstərilir.
Məqalədə, həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 190/20 saylı, 23 iyul tarixli bəyanatından məlumatlanaraq, radikal ermənilərin Paris, Los Anceles, Haaqa və Varşava şəhərləri də daxil olmaqla, dünyanın bir çox şəhərlərində Azərbaycanın diplomatik missiyalarına və dinc azərbaycanlı nümayişçilərə qarşı hücumları ifşa edilir.
Bəyan olunur ki, “Bu mitinqin nəticələri açıq şəkildə beynəlxalq hüququn, xüsusilə də diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasında nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin pozulmasıdır”.
“Bu hücumun qurbanları Belçika vətəndaşlarıdır və bütün MEP-lər (Avropa Parlamenti deputataları) Belçika Hökumətinə müraciət edərək ev sahibi olaraq, onun Avropanın mərkəzində bu cür zorakılığa cəlb edilənlərin hamısını cəzalandırmaq üçün Belçika qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun qətiyyət göstərməli və hərəkət etməli olduğunu bildirirlər”, - deyə məqalədə qeyd edilir.
Təqdirəlayiqdir ki, elə Avropadakı erməni diasporunun öz instagram səhifəsində paylaşdığı və sözügedən vəhşiliklərini açıq şəkildə sübut edən video kadr da məqalədə yer alıb. Bu sübut terroru dövlət siyasətinə çevirmiş Ermənistanın təcavüzdən zövq alan insanlarının simasını açıq-aydın ortaya qoyur.
Qeyd edək ki, “EU Reporter” Avropa Parlamenti deputatları da daxil olmaqla bütün Avropa İttifaqı rəsmiləri və institutları, eləcə də Brüsseldəki siyasi qərarverici və rəy-formalaşdırıcı ali dairələr arasında ən operativ və etibarlı online xəbər portalı kimi, izlənilmə statistikasına görə, dünyaca məhşur “New York Times” və “Wall Street Journal” ilə 8 faiz eynilik təşkil edir, “the Guardian Online”-dan isə 6 faiz irəlidədir.
Etiketlər
Oxşar xəbərlər
Daha 9 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler
Yamal “El Klasiko”da Tarix Yazdı
Bugun.az
Azərbaycanlı xakerlər Paşinyanın saytını dağıtdıla...
Son Xeberler
Dünyaca məşhur ifaçı azərbaycanlılardan üzr istədi...
Son Xeberler
Ermənilər məşhur xəbər saytımızı
Son Xeberler
Manaf Ağayev AĞIR İTKİdən yazdı:
Son Xeberler