Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxunub - FOTO

22.08.2020 05:58 517 baxış sayı 2 dəq. oxuma
Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxunub -

İstanbulda Aya Sofya məbədində Azərbaycanın sabiq prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ruhuna xatir Mövlud-i Şərif oxudulub.

Ölümünün 20-ci ildönümündə anılan Ə.Elçibəyin ruhuna dualar edilib, ilahilər səsləndirilib.

Mərasim Elçibəy Vəqfi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.

O, 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.

Ə.Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.(APA)

 
 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: