🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üç istiqamətdə aparılır

02.12.2020 06:06 369 baxış sayı 4 dəq. oxuma
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üç istiqamətdə aparılır

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi iki dövrü əhatə edəcək.

Bunu  Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

İ.İsmayılov deyib ki, bunlar mina təsirindən tamamilə azad edilmə və infrastrukturun bərpası üçün mina təsirindən azad edilmə dövrləridir:

“İnfrastrukturun bərpası üçün mina təmizlənməsi 3-5 il ərzində yekunlaşacaq və yerli sakinlərin ixtiyarına veriləcək. Lakin ən ucqar ərazilərdən minaların götürülməsi uzun müddət tələb edir. Bu, tam prioritet olmadığı üçün mərhələli şəkildə həyata keçiriləcək. Hazırda əsas prioritet sahələr dəhlizlər və insanların yaşayacağı ərazilərdir. Digər ərazilər isə sonrakı mərhələlərdə minalardan təmizlənərək yerli icra orqanları, sakinlər və aidiyyatı üzrə təhvil veriləcək”.

ANAMA rəsmisinin sözlərinə görə, işlərin sürətləndirilməsində yeni texnologiyalardan istifadə edilir:

“Belə ki, hazırda 6 ədəd mexaniki mina təmizləmə maşını uzaqdan- 5 kilometr məsafədən idarə olunan robotlar vasitəsilə əməliyyatlara cəlb olunub. Həmçinin mina axtaran itlər və əllə axtarmaq üsullarından istifadə olunmaqdadır”.

Qərargah qeyd edib ki, cəbhəboyu ərazilərdə əməliyyat-axtarış tədbirləri əsasən üç istiqamətdə aparılır:

“Birinci istiqamət yaşayış məntəqələrinə düşmən tərəfindən atılmış raket qalıqlarının hissələrinin götürülməsi və zərərsizləşdirilməsidir. Bu istiqamət üzrə Agentliyə 2072 siqnal daxil olub, 1500 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 963 ədəd partlamamış hərbi sursat, 1393 ədəd 9N235 bombacığı və 1676 ədəd partlamış mərmi qalıqları aşkar edilərək götürülüb.

İşğaldan azad edilmiş ərazilərdə apardığımız əməliyyat-axtarış tədbirlərinin ikinci istiqaməti humanitar dəhlizlərin yaradılmasıdır. Hansı ki, bu dəhlizlər vasitəsilə elektrik xətlərinin, yolların çəkilişi həyata keçirilir. Bu istiqamətdə əsasən Suqovuşana gedən avtomobil yolunun yenidən bərpası üçün ərazilərin minalardan təmizlənməsi, Ağdam rayonuna gedən avtomobil yolu və onun kənarından keçəcək kommunikasiya xətlərinin, Füzuli-Cəbrayıl istiqamətindəki kommunikasiya xətlərinin gedəcəyi ərazilərin minalardan təmizlənməsidir.

Üçüncü istiqamət isə mina maarifləndirilməsidir. Belə ki, düşmən tərəfindən yaşayış məntəqələrinə atılmış mərmilərin götürülməsi və bu istiqamətdə vətəndaşalrın maarifləndirilməsidir ki,artıq 80141 nəfər yerli şəxs bu barədə maarifləndirilib. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Paylaş: