“Azad mediaya bu cür hücumları şiddətlə qınayırıq” - Hikmət Hacıyev

05.11.2020 18:14 568 baxış sayı 2 dəq. oxuma
“Azad mediaya bu cür hücumları şiddətlə qınayırıq” -

Hazırda İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi bildirib ki, erməni lobbisi tərəfindən jurnalistlərin təhdid edilməsini, azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq.

“Biz “Sərhədsiz Reportyorlar”a, ATƏT-in media azadlığı üzrə nümayəndəsinə çağırış edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə və mediaya qarşı fiziki, mənəvi təhdidləri, təhqiramiz şəxsi hücumları qınasınlar. İfadə azadlığına hörmət edilməlidir”, - deyə Hikmət Hacıyev vurğulayıb.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: