🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Azad Suriyaya Çağırı

08.12.2024 06:47 12 baxış sayı 2 dəq. oxuma
Azad Suriyaya Çağırı

27 noyabrda başlayan və bir çox əsas şəhəri ələ keçirən üsyançılar dünən gecə Şamı da nəzarətə aldıqdan sonra 53 illik Əsəd dövrü rəsmən başa çatdı.


Əsədin Şamdan çıxmasından sonra Suriyada ordunun komandanlığı Əsəd rejiminin devrildiyini əsgərlərə bildirdi. Ölkədə nəzarəti ələ keçirən silahlı üsyançılardan isə diqqət çəkən bir çağırı gəldi.


Ölkəni tərk etməyə məcbur olan suriyalılara müraciət edən üsyançılar "Azad Suriyaya qayıda bilərsiniz" deyə bildirdilər. Bu, uzun illər davam edən müharibə və repressiyalardan sonra sürgündə olan milyonlarla suriyalı üçün böyük bir ümiddir. Bu hadisə, uzun müddət davam edən vətəndaş müharibəsinin sonu və yeni bir eranın başlanğıcı kimi qəbul edilir.


Hadisələrin xronologiyasına gəlincə: 27 noyabrda Haləbin qərbində Əsəd rejiminin qüvvələri ilə üsyançı qruplar arasında toqquşmalar başlamış, 30 noyabrda üsyançılar Haləbin böyük hissəsini və İdlibi ələ keçirmişdilər. Şiddətli döyüşlərdən sonra 5 dekabrda Həmə şəhəri də üsyançıların nəzarətinə keçdi.


Üsyançılar Şama doğru irəliləyərək strateji əhəmiyyət kəsb edən Homs vilayətindəki bir neçə yaşayış məntəqəsini ələ keçirmişdilər. 6 dekabrda Dəra əyalətində əməliyyatlara başlayan üsyançı ordusu şəhəri Əsəd rejimindən geri almışdı. 7 dekabrda isə Suveyda vilayəti və Kuneytra şəhərinin nəzarəti də üsyançıların əlinə keçmişdi. Həmin gün Şamın cənub-qərb hissəsinə doğru irəliləyən qruplar paytaxtın cənub ətraflarına daxil olmuşdular və 7 dekabrda Homs şəhəri də üsyançıların əlinə keçdi. 1 dekabrda Suriyanın Milli Ordusunun Haləb ətrafında PKK/YPG-yə qarşı başlatdığı "Azadlıq Səhəri" əməliyyatı nəticəsində Tel Rifət terrorçulardan təmizlənmişdir.


Paylaş: