AZAL bu 3 şəhərə səyahət etmək istəyənlərə MÜRACİƏT ETDİ

25.08.2020 13:48 554 baxış sayı 2 dəq. oxuma
AZAL bu 3 şəhərə səyahət etmək istəyənlərə

AZAL İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət edib.

Bu gündən etibarən çəkisi 10 kiloqramdan artıq olmayan daha bir ədəd baqajı ödənişsiz götürə və hava limanında qeydiyyat masasına təhvil verə bilərsiniz.

Beləliklə, ekonom sinifdə səyahət edən sərnişinlər cəmi iki ədəd baqaj - 23 kq + 10 kq, biznes sinifdə səyahət edən sərnişinlər - üç ədəd baqaj: ikisi 32 kq + 10 kq, VIP klubun üzvləri isə dörd ədəd baqaj: üçü 32 kq + 10 kq götürə bilərlər.

Bu qayda təyyarə salonunda sıxlığı minimuma endirmək və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etmək üçün əl yükünə aid olan əşyaların baqaja təhvil verilməsini nəzərdə tutur.

Qeyd edək ki, əl yükü qismində yalnız kişi portfeli, qadın əl çantası, noutbuk çantası və uşaq qidasının götürülməsinə icazə verilir.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: