AZAL-dan ləğv edilən uçuşlarla bağlı AÇIQLAMA
Çoxsaylı sorğuları nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı COVID-19 pandemiyası səbəbindən ləğv edilən reyslərin aviabiletlərinin yenidən təxsis edilməsi şərtləri barədə məlumat verir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlərə həmin biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə yenidən təxsis etməyə icazə verilir.
Belə ki, “AZAL” sərnişinlərinə, uçuş tarixini dəyişməklə, lakin əvvəlki hərəkət marşrutunu saxlamaqla, bileti ödənişsiz yenidən rəsmiləşdirmək təklif olunur. Tariflər arasındakı fərqi ödəyərək sərnişinlər aviaşirkətin bütün hazırkı istiqamətləri üzrə uçuş marşrutunu dəyişə bilərlər.
COVID-19 pandemiyası səbəbindən “Buta Airways” aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər, tariflər arasındakı fərqi ödəyərək, həmçinin həmin biletləri AZAL-ın xüsusi reyslərinə yenidən rəsmiləşdirə bilərlər.
“Buta Airways” aviaşirkətinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlər həmin biletləri əlavə ödəniş etmədən, aşağıbüdcəli aviaşirkətin hazırkı xüsusi reyslərinə (istənilən istiqamət) yenidən təxsis edə bilərlər.
Oxşar xəbərlər
Tətil etmək istəyənlərin nəzərinə –
Son Xeberler
AZAL çarter reyslərinin baha olması barədə deyilən...
Son Xeberler
AZAL yenidən vətəndaşlara MÜRACİƏT etdi
Son Xeberler
AZAL Türkiyəyə gedənlərə
Son Xeberler
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bər...
Son Xeberler
AZAL-dan "Cyber Monday" kampaniyası ilə endirimlər...
Bugun.az