AZAL xüsusi reyslərə hansı şəxslərin buraxılacağını AÇIQLANDI

21.07.2020 11:59 626 baxış sayı 1 dəq. oxuma
AZAL xüsusi reyslərə hansı şəxslərin buraxılacağını

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı hansı şəxslərin buraxılacağını açıqlayıb.

AZAL-da verilən məlumata görə, bura Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, Azərbaycanda işləmək icazəsi olan əcnəbilər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və respublikanı ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr daxildir.

M
Turizm müxbiri

Turizm və səyahət sənayesi haqqında yazıram. Azərbaycanda və xaricdə marqlı yerləri kəşf etmək xoşuma gəlir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: