🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycan 4 milyonluq ordu yığa bilər - Hərbi ekspert

15.10.2020 09:50 795 baxış sayı 2 dəq. oxuma
Azərbaycan 4 milyonluq ordu yığa bilər -

Sentyabrın 27-dən erməni təxribatları ilə başlayan döyüşlərdə bu günə kimi Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini çökdürüb.

Bunu Trend-ə hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ü.Cəfərov bildirib ki, düşmən xeyli sayda canlı qüvvə və hərbi texnika itirib: “İndi gizlənib Azərbaycanın mülki əhalisini atəşə tuturlar. Ancaq bunun da heç bir nəticəsi olmayacaq, yaxın günlərdə biz Ermənistanın çökməsinin şahidi olacağıq.

Artıq bütün cəbhə boyu üstünlük Azərbaycan ordusunun əlindədir. Azərbaycan ordusunun kifayət qədər şəxsi heyəti, silah-sursatı var. Ermənilər indi sayıqlayırlar ki, guya Azərbaycan muzdlulardan istifadə edir. Azərbaycanın muzdlulara ehtiyacı yoxdur, çünki Azərbaycan əhalisinin 4 milyonu silah tutmaq gücündədir və lazım gələrsə, onlar hamısı döyüşə gedə bilər.

Ermənistanda heç 2.5 milyon əhali yoxdur və onun da yarısı ölkədən qaçmaq haqqında düşünür. Bu gün Ermənistan mülki təyyarələrlə silah gətirməyə çalışır. Ancaq bunun heç bir əhəmiyyəti yoxdur. Deyilənə görə, 20 reysdə silah gətiriblər. O silahlar nə verəcək ermənilərə? 20 reyslə heç bir artilleriya alayının normal təminatını həyata keçirmək mümkün olmaz. Bu dəfə onlar layiqli cavablarını alırlar”.

Paylaş: