🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü”

11.11.2020 18:17 346 baxış sayı 4 dəq. oxuma
“Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü”

"Azərbaycan dövlətinin qətiyyəti, xalqımızın siyasi iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində işğala son qoyulur. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatır. Üçrəngli bayrağımızın noyabrın 8-də Qarabağın döyünən ürəyində - Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin əsası kimi dəyərləndirildi".

Bunu Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, bu gün xalqımız məhz bu sevinci yaşayır:

"Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin Bəyanatı Azərbaycanın siyasi qələbəsi oldu. Dövlətimizin başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsinin başlandığı gündən, baxmayaraq ki, döyüş meydanında üstünlük bizim tərəfimizdədir, yenə də münaqişənin danışıqlar masası ətrafında həllinin vacibliyini bəyan edərək Ermənistandan irəli sürülən şərtlərə əməl etməyi tələb etdi. Son 45 gündə Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü.

Bu gün Nikol Paşinyanın Azərbaycanın tarixi qələbəsinin təsdiqi olan həmin Bəyanata imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyətidir. Xalqımız tam əmin idi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti, düşünülmüş və məqsədyönlü siyasəti, nə zaman nəyi edəcəyi ilə bağlı sasləndirdiyi fikirlərin arxasında dayanan mühüm addımlarının nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar".

"30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, mətinləşdik, gücləndik. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”, - deyə M.Həsənov vurğulayıb.

 

 
Paylaş: